Fransanın Lion Milli Opera və Balet Teatrında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Əvəz Abdullayevin rol aldığı C.Verdinin “Makbet” operasının premyerası keçirilib. 
     
   Tamaşada sənətçimizin ifa etdiyi Makbet rolu böyük alqışlarla qarşılanıb. Ə.Abdullayevlə birlikdə operada dünya şöhrətli vokalçılar - italiyalı Yano Tamar (Ledi Makbet) və Rikardo Dzanelato (Banko), almaniyalı Dmitro Panov (Makduf) çıxış ediblər.
   Yaponiyalı dirijor Kazuşi Ono idarə etdiyi tamaşaya məşhur rejissor İvo van Xove (Belçika) quruluş verib.
   Opera səkkiz dəfə nümayiş olunub göstərilib və azərbaycanlı müğənni bütün tamaşalarda Makbet rolunu ifa edib. Fransa mətbuatı və bu ölkənin teatr tənqidçiləri Ə.Abdullayevin çıxışına xüsusi heyranlıqlarını vurğulayıblar. Quruluşçu rejissoru İvo van Xove deyib: “Makbet opera sənətində vokal nöqteyi-nəzərindən çox mürəkkəb bir partiyadır. Ə.Abdullayevin bu rolu parlaq şəkildə ifa etməsi onun böyük vokal və aktyorluq bacarığına malik olduğunu sübut edir. Bu istedadlı müğənni nadir vokal göstəricilərinə, gözəl səs tembrinə malikdir. Bu xüsusiyyətlər onun dünya səviyyəli opera müğənnisi olduğunu göstərir”.
   Fransanın Lion Milli Opera və Balet Teatrı dünyanın ən qədim və qabaqcıl teatrlarından biridir. Teatrın rəhbərliyi sənətçimizin Praqa Opera Teatrının səhnəsindəki çıxışını dinləyərək onu “Makbet” operasında rol təklif etmişdi. Ə.Abdullayev artıq Fransa və Almaniyanın bir sıra opera teatrlarında çıxış etmək üçün dəvətlər alıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar