“Bakının belə mədəni hadisələrə ev sahibliyi etməsi dünyanın diqqətini Azərbaycan mədəniyyətinə cəlb edir”
II Bakı Beynəlxalq Teatr Konfransında iştirak edən Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının (ASSİTEJ) prezidenti İvet Hardi tədbirdən böyük gözləntiləri olduğunu vurğulayıb: “Dünyanın bir çox ölkələrindən bu qədər teatr xadiminin Bakıda bir araya gəlməsi çox həyəcanverici və gözəldir. Bu qədər insan müasir dünya teatrında baş verənləri müzakirə etmək üçün bir yerdədir. Mən görürəm ki, hər il nə qədər insan bu teatr dialoqunda iştirak etmək istəyir. Yəni onların sayı ildən-ilə artır. Mən bundan əvvəl Bakıda keçirilən Beynəlxalq Kukla Teatrı Festivalında iştirak etmişdim. Düşünürəm ki, Bakının belə mədəni hadisələrə ev sahibliyi etməsi həm də dünyanın diqqətini Azərbaycan mədəniyyətinə cəlb edir. Bu həm də Azərbaycan mədəniyyəti haqqında dünyadakı bilgilərin artması deməkdir.
Digər tərəfdən, belə beynəlxalq teatr hadisələrinə ev sahibliyi etməklə Azərbaycan həm də xarici tamaşaları öz səhnəsində göstərmək imkanı qazanır ki, bu da ona bu sahədə böyük təcrübə mübadiləsinə şərait yaratmış olur. Burada digər ölkələrdən gələn teatr nümayəndələri də öz aralarında təcrübə, fikir mübadiləsi aparırlar. Mənim II Bakı Beynəlxalq Teatr Konfransından da gözləntilərim çoxdur. Bu, Beynəlxalq Teatr İnstitutu, ASSİTEJ kimi teatr qurumlarına da daha konstruktiv işləmək imkanı verməkdən əlavə, yeni yanaşmalar da ortaya qoyacaq. Mən artıq üçüncü dəfədir ki, Bakıya gəlirəm. Bakı çox gözəl və əsrarəngiz şəhərdir. Hər səfərimizdə yüksək inkişafla rastlaşırıq”.