Noyabrın 15-dən 18-dək Qırğızıstanda beynəlxalq opera və balet sənəti festivalı keçiriləcək. Qırğızıstan Opera və Balet Teatrının yaranmasının 70 illiyinə həsr olunmuş festivalda Rusiya, Qazaxıstan və Azərbaycan teatrlarının solistləri iştirak edəcəklər.
   Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi festivalda iştirak üçün teatrın balet truppasının aparıcı solistləri - Əməkdar artist, Prezident mükafatçısı Gülağası Mirzəyev və truppanın gənc üzvü Nigar İbrahimovanın namizədliyini irəli sürüb.
   Teatrın mətbuat xidmətindən bildiriblər ki, noyabrın 18-də Bişkekdə keçiriləcək qala-konsertdə azərbaycanlı balet ustaları A.Adanın “Jizel” və N.Rimski-Korsakovun “Şəhrizad” baletlərindən parçalar ifa edəcəklər. Festivalın əsas təşkilatçılarından biri TÜRKSOY təşkilatıdır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar