44-cü teatr mövsümünü yaşayan Mingəçevir Dövlət Dram Teatrı repertuarında olan bir çox baxımlı səhnə əsərləri ilə tamaşaçıları sevindirməkdədir. Kollektiv bu günlərdə Şəki şəhərində 6 günlük qastrol səfərində olub. 25 nəfərlik heyətlə Şəkidə teatrsevərlərin qonağı olan teatr Xalq artisti Zülfüqar Abbasovun “Ön xətdə mühakimə” və Əli Əmirlinin “Kişi və qadın” tamaşalarını təqdim edib.
   Müəllim-şagird münasibətlərindən bəhs edən “Ön xətdə mühakimə” tamaşasında vətənpərvərlik hisslərinin aşılanmasına geniş yer verilir. Əsərdə insan hisslərini riqqətə gətirən məqamlar tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
   Aktyor-rejissor Sərvər Əliyevin quruluşunda hazırlanan “Kişi və qadın” tamaşası isə həyatdan götürülmüş ailə-məişət münasibətlərindən bəhs edir. Maraqlı aktyor oyunu, səriştəli rejissor işi izləyicilərdə böyük maraq doğurdu.
   Uğurlu qastroldan dönən teatr kollektivi yaxın günlərdə Qax, Ağdam, Yevlax şəhərlərinə də səfər etməyi planlaşdırır.
   
   Esmira Hacıyeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar