Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Jalə Əliyevanın rəhbərliyi, Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin, Azərbaycan-Amerika Alyansının dəstəyi ilə keçirilən Gənclərin II Ümumrespublika Teatr Festivalının final mərhələsi başlanıb.
   
   Noyabrın 24-26-da Gənclər və İdman Nazirliyinin Şüvəlanda yerləşən düşərgəsində Bakı, Sumqayıt şəhərlərini, Ucar, Zaqatala, Ağdam, Zərdab rayonlarını təmsil edən 100-dən artıq gənc yaradıcı təlimlərdə, məşqlərdə iştirak edib, tanınmış sənətkarların ustad dərslərini dinləyiblər.
   İlk gün Xalq artisti, aktyor Rafael Dadaşov və rejissor Cavid Təvəkkülun iştirakı ilə ustad dərsləri keçirilib. Keçdiyi yaradıcılıq yolundan danışan R.Dadaşov teatra can atan gəncləri səhnəni sevməyə, sənət yolunda hər çətinliyə mətinliklə sinə gərməyə çağırıb. O, gənclərə müxtəlif mizanlar və səhnə fəndləri barədə də məlumat verib. Gənclər də öz növbəsində hazırladıqları tamaşalardan bəzi səhnələr oynayaraq, Xalq artistindən məsləhətlər alıblar.
   Rejissor Cavid Təvəkkül ayrı-ayrı səhnələrlə bağlı vacib mizanları anladıb: “Elə etmək lazımdır ki, siz tamaşaçıya diktə edəsiniz, tamaşaçı sizə yox”,- deyən rejissorun fikirləri gənclər tərəfindən maraqla qarşılanıb.
   Noyabrın 25-də Xalq artistləri - aktyor Rasim Balayev və rejissor Vaqif Əsədovun iştirakı ilə növbəti ustad dərsləri keçirilib. Tanınmış kino aktyoru sənətə gələrkən öncə teatr aktyoru olmaq istədiyini bildirib. Lakin teatrda iş tapa bilməyərək kinostudiyaya gedir və görkəmli kinorejissor Həsən Seyidbəyli ilə tanışlıq onun böyük sənətə yolunu açır: “Nəsimi” filmi aktyorluq həyatımda yaşıl işıq yandırdı”.
   “Teatr sənəti canlı sənətdir, bu sənətin bünövrəsini səmimiyyət təşkil etməlidir”, - deyən Vaqif Əsədov əvvəlcə teatr anlayışına aydınlıq gətirib. Mükəmməl teatr üçün məktəb və peşəkarlığın vacib olduğunu diqqətə çatdıran rejissor fikrini aparıcı dünya teatrlarından gətirdiyi konkret misallarla əsaslandırıb, daha sonra ustad dərsini gənclərlə dialoq üzərində qurub.
   Noyabrın 26-da Xalq artisti Ağaxan Salmanlı və “Yuğ” Dövlət Teatrının direktoru Tərlan Rəsulovun iştirakı ilə sonuncu ustad dərsləri keçirilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar