Bakı Uşaq Teatrı və Türkiyənin Eksanat Teatrının (Sinop şəhəri) birgə reallaşdırdıqları “Türk xalqlarının teatrı” layihəsi çərçivəsində İntiqam Soltanın quruluşunda hazırlanmış “Sıravi Dursun” tamaşasının premyerası olub.
   Layihənin rəhbərləri Eksanat Teatrının direktoru Erhan Kaya və Bakı Uşaq Teatrının direktoru İntiqam Soltandır.
   Tamaşadan əvvəl Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan, Eksanat Teatrının direktoru Erhan Kaya və başqaları çıxış edərək layihənin türk xalqlarının mədəni əlaqələrini daha da möhkəmləndirmək baxımından əhəmiyyətini vurğulayıblar.
   Tamaşanın Rusiya Federasiyasının Tatarıstan Respublikası, Türkmənistan, Özbəkistan, Qazaxıstan və digər türk dövlətlərində nümayişi nəzərdə tutulur.