Gənc Tamaşaçılar Teatrında Nicat Kazımovun “Qar qızı kim oğurladı” pyesi əsasında eyniadlı tamaşa hazırlanır. Yeni il şənliyi üçün nəzərdə tutulan tamaşanın quruluşçu rejissoru müəllif özüdür. Səhnə əsərinin bədii tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı İradə Muradovadır. Tamaşada rolları Zümrüd Quliyeva, Xəyal Salahov, Anar Səfiyev, Müşfiq Əliyev və başqaları canlandıracaqlar.
   Sürprizlərlə zəngin əyləncəli bayram proqramı dekabrın 27-dən yanvarın 5-dək saat 12.00, 14.00, 16.00, 18.00-da nümayiş etdiriləcək.