Gəncə Dövlət Dram Teatrının kollektivi də məktəblilərin qış tətili dövründə nümayiş etdirmək üçün yeni tamaşalar hazırlayıb. Teatrın direktoru Əli Qasımov deyib ki, Yeni il şənliklərində məktəblilərə iki tamaşa - Bəhram Osmanovun quruluşunda Abdulla Şaiqin “Tıq-tıq xanım” və Faiq Qasımovun rejissorluğu ilə Aydın Qoçaqlının “Nağıl” tamaşaları təqdim olunacaq.