AMEA Rəyasət Heyətinin qərarına əsasən 2016-cı ildə Nizami Gəncəvi adına qızıl medala namizədlik üçün müsabiqə elan edilib.
Medalla ölkə vətəndaşları, eləcə də əcnəbilər ildə bir dəfə önəmli fundamental və tətbiqi elmi nəticələrə, kəşflərə, ixtiralara, habelə elmin inkişafında xüsusi xidmətlərə görə sağlığında təltif edilirlər.
Namizədlər AMEA-nın üzvləri, elmi bölmələri, elmi tədqiqat və ali təhsil müəssisələrinin elmi şuraları, nazirlik və dövlət komitələri yanında fəaliyyət göstərən elmi-texniki şuralar tərəfindən irəli sürülə bilər. Təklif və sənədlər 2016-cı il martın 18-dək AMEA-nın Elm və Təhsil İdarəsinə təqdim edilməlidir.
Soltan