Martın 14-də YARAT Müasir İncəsənət Mərkəzində məşhur ukraynalı fotoqraf və video-rəssam Sergey Bratkov ilə açıq söhbət keçiriləcək.
S.Bratkov radikal realizm üslubunda işləyir. O, Bakıda gənc yerli rəssamlara “Təəccüblənmək, təəccübləndirmək” adlı ustad dərsi keçəcək. Nəzərdə tutulub ki, ustad dərsinin iştirakçıları Bakı ətraflarını gəzərək, müəyyən əsərlər yaradacaq, sonra həmin işlərdən ibarət sərgi təşkil ediləcək.
S.Bratkov 1960-cı ildə anadan olub. Xarkovda İ.Y.Repin adına Rəssamlıq Məktəbini və Politexnik Akademiyasının sənaye elektronikası fakültəsini bitirib.
Beynəlxalq sərgilərin iştirakçısıdır. Hazırda Moskvada yaşayır və fotoqrafiya, heykəltəraşlıq və video sənəti üzrə mütəxəssisdir.

Soltan