![](/img/news/700x420/20939.jpg)
Səbail rayon MKS-nin və Slantsı şəhər uşaq kitabxanasının məktəbli oxucularının qatıldığı onlayn görüşdə hər iki bayramın tarixi irsi, rəmzləri, mərasimləri barədə söhbət açılıb. Rusiyalı məktəblilərə Novruzun mahiyyəti, təbiətin canlanmasının, əkinçiliyin rəmzi olan səməni, bayram süfrəsi, su, od, yel və torpaq çərşənbələri, Novruz personajları barədə məlumat verilib. Məktəblilər Novruzla Maslenitsa bayramlarının oxşar və fərqli cəhətlərini diqqətə çatdırıblar, bayramları tərənnüm edən şeirlər söyləyiblər.
Tədbirin keçirilməsində məqsəd iki xalqın mədəniyyətinin, milli dəyərlərinin qarşılıqlı öyrənilməsinə dəstək verməkdir.
Rusların Pasxadan təxminən ay yarım öncə qeyd etdikləri Maslenitsa bayramı qışın yola salınması, yazın gəlişi ilə bağlıdır. Bu il bayram 7-13 marta təsadüf edib.
Tonqalların qalanması, qışın (köhnəliyin) simvolu olan “Maslenitsa” müqəvvasının yandırılması bizim Novruz öncəsi qeyd etdiyimiz ilaxır çərşənbələri xatırladır. Hər iki bayram insanları bir-birinə yaxınlaşdırır, onlar bir-birinin ziyarətinə gedir, bayram süfrələri açılır.