Dünya şöhrətli memar Zaha Hadid 65 yaşında dünyasını dəyişib. ABŞ-ın Mayami hospitalında bronxit xəstəliyindən müalicə alan memar ürək tutmasından vəfat edib.
Əslən iraqlı olan Zaha Hadid dünyanın bir çox ölkəsində məşhur binaların müəllifidir. O, həmçinin Bakıda yerləşən Heydər Əliyev Mərkəzinin memarı olub.