Mədəniyyət və İncəsənət Universitetinin SABAH qrupu tələbələri və ADO müstəqil teatr qrupu “British Council” ilə əməkdaşlıq əsasında kiçik teatr kollektivləri və teatr fakültəsi tələbələri üçün tədris proqramında iştirak ediblər.
10-14 mart tarixində təşkil olunmuş ustad dərsləri Britaniyanın Rouz Bruford kollecinin əməkdaşları Niam Daulinq və İrina Braunun rəhbərliyi altında keçirilib. Tədris proqramına universitetin SABAH mərkəzinin rəhbəri Böyükxanım Məmmədbəyova və 10 tələbə qatılıb. Layihə dahi ingilis şairi və dramaturqu Uilyam Şekspirin vəfatının 400 illiyi ilə əlaqədar həyata keçirilən qlobal tədbirlər proqramı -"Shakespeare Lives" (“Şekspir yaşayır”) festivalı çərçivəsində gerçəkləşib.