Tokioda ölkəmiz barədə növbəti təqdimat keçirilib
Azərbaycanın Yaponiyadakı səfirliyinin təşkilatçılığı ilə Tokionun mərkəzi rayonlarından biri olan Minatoda “Minato UNESCO” təşkilatında ölkəmiz barədə növbəti təqdimat keçirilib.
Səfirliyin birinci katibi R.Mirzəyev Azərbaycanın tarixi, mədəniyyəti, son illərdə qazandığı iqtisadi nailiyyətləri, Azərbaycan-Yaponiya münasibətləri və ölkəmizin UNESCO çərçivəsində fəaliyyəti haqqında təqdimatla çıxış edib.
Azərbaycan mətbəxinə aid olan yemək nümunələrinin, şirniyyatların hazırlanması ilə bağlı seminar təşkilatın üzvləri tərəfindən xüsusi maraqla qarşılanıb.