Füzuli Dövlət Dram Teatrı Beyləqan və Füzuli rayonunda yerləşən N saylı hərbi hissələrdə, Füzuli rayonu istiqamətində aprelin 2-də gedən döyüşlərdə düşməndən azad edilən "Lələtəpə” strateji yüksəkliyində əsgərlərlə görüşüb.
Görüş zamanı təqdim olunan tamaşalardan parçalar və konsert proqramları zabit və əsgərlərdə ruh yüksəkliyi yaradıb.
Sonda teatrın kollektivinin üzvləri mütəmadi olaraq hərbçilər qarşısında vətənpərvər və əyləncəli musiqi proqramı ilə çıxış etdiklərinə görə hərbi hissə rəhbərliyi tərəfindən fəxri fərmanlarla təltif olunublar.