İyunun 23-dən 26-dək Rusiya “Bolşoy Teatr”ında Pyotr Çaykovskinin “İolanta” operasının yeni quruluşda premyerası olacaq.
Böyük Teatrın saytında yer alan xəbərə görə, iyunun 24-də və 26-da səhnə əsərində İolanta obrazını Azərbaycanın Əməkdar artisti Dinara Əliyeva ifa edəcək.
Dinara Əliyeva 2009-cu ildən “Bolşoy Teatr”ın solistidir. Rusiya, İtaliya, Fransa, Yunanıstan, Çexiya, ABŞ və Yaponiyanın opera səhnələrində və konsert zallarında çıxış edib. Konsertlərdə fərqli janrlarda, rus və Azərbaycan xalq mahnılarından, opera və operettalarda ariyalardan romans və cazadək müxtəlif əsərləri ifa edir.