Milli Dram Teatrı Balakəndə
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Balakən rayonuna qastrol səfərinə yollanıb. Teatrın yaradıcı heyəti iyunun 21-də rayon Mədəniyyət evində “Qürbətdən gələn məktublar” tamaşası ilə çıxış edib.
Yazıçı-diplomat Həsən Həsənovun eyniadlı əsəri əsasında hazırlanan ikihissəli dramın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur. Tamaşanın quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Rolları xalq artistləri Ramiz Məlik, Laləzar Mustafayeva, Hacı İsmayılov, əməkdar artistlər Kazım Abdullayev, Əjdər Həmidov, Elşən Cəbrayılov, Vəfa Zeynalova, Elçin Əfəndi ifa edir.
Qeyd edək ki, səhnə əsəri ilk dəfə teatrda 2003-cü ildə rejissor Ramiz Həsənoğlunun quruluşunda “Brüsseldən məktublar” adı ilə səhnəyə qoyulub. Tamaşada M.F.Axundzadənin obrazını ilk dəfə Xalq artisti Əliabbas Qədirov, daha sonra Xalq artisti İlham Əsgərov canlandırıb.
Musiqili Teatrın yolu Şamaxıyadır
Azərbaycan Dövlət Musiqili Teatrının yaradıcı heyəti iyunun 22-də Şamaxı rayonuna qastrol səfərinə gedəcək.
Teatrın mətbuat xidmətindən bildirilib ki, yaradıcı kollektiv Şamaxıda teatrsevərlərə Faiq Sücəddinov və Tamara Vəliyevanın “Mən dəyərəm min cavana” ikihissəli musiqili komediyasını təqdim edəcək.
Tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədovdur. Rolları Xalq artisti İlham Namiq Kamal, əməkdar artistlər Ələkbər Əliyev, Nahidə Orucova, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, aktyorlar Ülviyyə Əliyeva, Gülçöhrə Abdullayeva, Elçin İmanov, Gültac Əlili, Elxan İsmayılov, Elnarə Nağdəliyeva və Ruslan Mürsəlov ifa edəcəklər.
Qeyd edək ki, son bir ay ərzində Musiqili Teatr maraqlı tamaşalarla Masallı və Xaçmaz rayonlarında da çıxış edib.
“Ağ ölüm”dən bəhs edən tamaşa nümayiş olunacaq
Dövlət Gənc Tamaşaçılar Teatrı isə iyunun 27-dən iyulun 1-dək respublikamızın bölgələrində qastrol səfərində olacaq.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, qastrol müddətində yaradıcı heyət Şirvan, Neftçala, Biləsuvar, Lənkəran, Lerik və Astara rayonlarında V.Siqarevin “Şeytan ailəsi” əsəri əsasında hazırlanmış “Ağ ölüm” tamaşasını nümayiş etdirəcək.
Bəşəri bəla olan narkomanlığın acı fəsadlarından bəhs edən səhnə əsəri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində hazırlanıb.
Beləliklə, Gənc Tamaşaçılar Teatrı 88-ci teatr mövsümünə iyulun 1-də Astara rayonunda yekun vuracaq.