Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin orqanı olan “Türkologiya” jurnalının 2016-cı il üçün ilk sayı çapdan çıxıb. Jurnal yeni dizaynı və mövzu əhatəliliyi ilə diqqəti çəkir.
Nəşrin bu sayında Azərbaycan, rus, ingilis və türk dillərində Rusiya, Türkiyə, Qazaxıstan, Türkmənistan, Almaniya, Albaniya və Azərbaycan alimlərinin məqalələri yer alıb.
Beynəlxalq elmi jurnalın bu sayında “Türkoloji irs”, “Dilçilik problemləri”, “Ədəbiyyat və folklor”, “Mifologiya”, “Fəlsəfə və tarix”, “Yazılı abidələr” rubrikalarında yer alan nəzəri məqalələr, həmçinin “Müzakirə və diskussiya”, “I Türkoloji qurultay”ın 90 illiyi, “Kitabi-Dədə Qorqud” dastanının dünya elminə tanıdılmasının 200 illiyi, “Türkoloji mərkəzlər”, “Elmi həyat”, “Personalia”, “Nekroloqlar” bölmələrində toplanan yazılar oxucuların marağına səbəb olacaq.
Nəşrin məqsədi türkologiyanı təkcə bu elmi istiqamətin deyil, başqa elm sahələrinin mütəxəssisləri üçün də maraqlı etməkdir.
S.Qaliboğlu