AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyevin “Müdrik qoca arxetipinin semantik strukturu və paradiqmaları” adlı monoqrafiyası işıq üzü görüb.
“Elm və təhsil” nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunan monoqrafiyanın elmi redaktoru və ön sözün müəllifi Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu, rəyçiləri filologiya üzrə elmlər doktorları Seyfəddin Rzasoy, Xatirə Bəşirli və filologiya üzrə fəlsəfə doktoru Etibar Talıblıdır.
Müəllif kitabında müasir nəzəri-metodoloji yanaşmalar kontekstində Azərbaycan folklorunda müdrik qoca arxetipi və onun çoxsaylı təzahür səviyyələrini şərh edib. Xalqın kollektiv yaddaşını özündə ehtiva edən mifoloji mətnlər, atalar sözləri və deyimlər, əfsanə, rəvayət, nağıl, dastan və s. üzərində müdrik qoca arxetipinin emosional özünüifadə modelləri geniş araşdırılıb.
Avropa və Amerika folklorşünaslığının nəzəri-metodoloji təcrübəsindən geniş istifadə olunan monoqrafiyada folklor mətnləri yeni baxış bucağından tədqiqata cəlb edilib.
Soltan