Gəncədə “Avropa Gənclər Paytaxtı-2016” layihəsi çərçivəsində yerli və beynəlxalq tədbirlər davam edir.
Sentyabrın 29-dan oktyabrın 3-dək Gəncədə Avropa Gənclər Festivalı keçiriləcək.
Tədbirdə dövlət rəsmiləri ilə bərabər Avropa Gənclər Forumunun prezidenti və baş katibi, o cümlədən Avropanın aparıcı gənclər təşkilatlarının rəhbərləri iştirak edəcək.