Britaniyalı alimlər insanın əl yazısını təkrar edən kompüter proqramı hazırlayıblar. “My Text In Your Handwriting” adlı yeni alqoritm kağızda yazılmış nümunəni əsas götürərək onu yenidən yaradır.
Kompüter proqramlarında əl ilə yazılmış mətni təqlid edən şriftlər uzun müddətdir ki, mövcuddur. Ancaq hansısa şəxsin yazı xəttini bütün özəllikləri ilə təkrarlayan alqoritm yaxın zamana kimi yox idi. Yeni alqoritm Avraam Linkoln və Artur Konan Doyl kimi tarixi şəxsiyyətlərin yazı xətləri ilə sınaqdan keçirilib.