Beynəlxalq kitab mübadiləsi çərçivəsində ABŞ-ın Konqres Kitabxanası tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına Almaniyanın Humboldt Universitetinin Afrika tarixi üzrə tədqiqatçısı Julia Tisçlerin multikulturalizmdən bəhs edən kitabı hədiyyə olunub.
Kitabxanadan bildirilib ki, kitabda 1950-ci illərin sonlarında Afrikada o dövr üçün ən məşhur layihələrdən biri hesab edilən, bugünkü Zambiya və Zimbabve arasındakı Zambezi çayı üzərində “Kariba” su anbarının tikintisində iştirak etmiş müxtəlif irqə, mədəniyyətə mənsub millətlərin birgə fəaliyyəti və yaşayışından bəhs edilir.