“ASAN Könüllüləri” Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Mədəni irs” layihəsinin icrasını başa çatdırıb.
Təşkilatdan bildiriblər ki, layihə çərçivəsində mədəniyyət abidələrinə, muzeylərə, teatrlara tanışlıq səfərləri təşkil olunub.
Layihənin məqsədi Azərbaycanın zəngin mədəni irsinin gənclər arasında təbliği, ölkə gəncliyinin tarixi abidələrə marağının artırılması, gənclərin teatrlara səfərlərinin mütəmadi hal alması, onların dünyagörüşünün artırılması, sosial fəaliyyətlərə həvəsləndirilməsidir. Belə layihələrin ölkəmizin bölgələrində də təşkil edilməsi nəzərdə tutulur.