Təbrizin “Dənizçin” nəşriyyatı AMEA Folklor İnstitutunun 2014-cü ildə nəşr etdiyi “Colan türkmanları (folklor və etnoqrafiya örnəkləri)” kitabını bu yaxınlarda ərəb əlifbasıyla çap edib.
Kitabı Folklor İnstitutunun Xarici əlaqələr bölməsinin müdiri Əli Şamil hazırlayıb. Nəşrindən qısa müddət sonra Türkmənistan, Özbəkistan, Qazaxıstan mətbuatında kitab haqqında məqalələr yazılıb, Türkiyə jurnalları isə kitabdan bəzi hissələri yayımlayıb. Kitab Suriyada yaşayan türkmanlar haqqında yazılmış ilk sistemli əsərdir. Burada türkmanların sayı, soykökü, yaşadıqları kəndlərin siyahısı, folklor və dialektlərindən örnəklər, mərasimləri haqqında geniş bilgi verildiyindən oxucuların marağına səbəb olub.
“Colan türkmanları”nın “Dənizçin” nəşriyyatı üçün hazırlanmış variantını ərəb əlifbasına Məhbubə Herisçian çevirib, Həsən Umudoğlu isə nəşrin redaktorluğunu etməklə yanaşı, anlaşılmayan söz və terminlərin izahını verib.

Soltan