Prezident İlham Əliyev oktyabrın 6-da Azərbaycan mədəniyyətinin tədqiqi və təbliğində xidmətlərinə görə Ramiz Abutalıb oğlu Abutalıbova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan teatrının inkişafında xidmətlərinə görə Xalq artisti Nurəddin Əzulla oğlu Quliyev də Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.