Prezident İlham Əliyev oktyabrın 4-də xarici ölkələrə ixrac missiyalarının təşkili, xarici bazarların araşdırılması və marketinq fəaliyyəti, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi mexanizminin tənzimlənməsi ilə bağlı fərman imzalayıb. Qeyri-neft məhsullarının istehsalçıları məhsullarını ixrac edərkən bu dəstək tədbirlərindən yararlana biləcəklər.
“Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi və marketinq fəaliyyətinin dəstəklənməsi məqsədilə sahibkarların beynəlxalq sərgi və yarmarkalarda iştirak etməsini təmin etmək, “Made in Azerbaijan” brendinin xarici ölkələrdə fəaliyyət göstərən mağazalarda, o cümlədən rüsumsuz ticarət (“duty free”) mağazalarında rəflərinin təşkili və xarici ölkələrin ictimai yerlərində, media vasitələrində təbliği üçün tədbirlər həyata keçiriləcək.