Moskvanın 1430 saylı orta ümumtəhsil məktəbində Azərbaycanın mədəniyyətinə həsr olunmuş «Dostluq dərsi» keçirilib. Tədbir Azərbaycan Mədəniyyətinin İnkişafı və Dirçəlişi Fondunun Moskva Millətlər Evinin Gənclərlə iş şöbəsi ilə birgə layihəsi çərçivəsində reallaşıb. Tədbirə 100-dən artıq şagird qatılıb.
Fondun direktoru Şamil Tağıyev «Dostluq dərsi» layihəsi haqqında şagirdlərə məlumat verib. Azərbaycan mədəniyyətinə, adət-ənənəsinə, milli bayramlarına və tarixinə dair videoçarx təqdim edilib. Azərbaycan mədəniyyəti və incəsənəti məktəbinin studiyasının tədbirə dəvət olunmuş rəqqasları milli rəqslərimizi nümayiş etdiriblər. Dərsdən sonra şagirdlər Azərbaycanın tarixi və mədəniyyətinə həsr olunmuş kitab, jurnal və suvenirlər ilə tanış olub, milli yeməklərimizin dadına baxıblar.
İlona Qubadova







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar