![](/img/news/700x420/23737.jpg)
Fondun direktoru Şamil Tağıyev «Dostluq dərsi» layihəsi haqqında şagirdlərə məlumat verib. Azərbaycan mədəniyyətinə, adət-ənənəsinə, milli bayramlarına və tarixinə dair videoçarx təqdim edilib. Azərbaycan mədəniyyəti və incəsənəti məktəbinin studiyasının tədbirə dəvət olunmuş rəqqasları milli rəqslərimizi nümayiş etdiriblər. Dərsdən sonra şagirdlər Azərbaycanın tarixi və mədəniyyətinə həsr olunmuş kitab, jurnal və suvenirlər ilə tanış olub, milli yeməklərimizin dadına baxıblar.
İlona Qubadova