Filmi Miri Rzayev çəkəcək
  
   AzTV-nin “Telefilm” Yaradıcılıq Birliyində “Şıxəli Qurbanov” sənədli televiziya filminin istehsalına başlanılıb. Adından göründüyü kimi, film görkəmli yazıçı, alim, ictimai xadim Şıxəli Qurbanovun həyat və fəaliyyətinə həsr olunacaq.
   Qeyd edək ki, Şıxəli Qurbanov təkcə “Əcəb işə düşdük”, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə”, “Milyonçunun dilənçi oğlu” komediyalarının müəllifi kimi deyil, həm də Novruz bayramının ictimai səviyyədə keçirilməsinin təşəbbüskarı olaraq tanınıb. Filmin ssenari müəllifləri Afaq Hüseynova, Xaliq Rəhimli, operatoru Aqil Abbasovdur.