Hazırda çəkiliş mərhələsində olan filmlər haqda məlumat verən “Bizim kino” prodüserlər mərkəzinin direktoru Heydər Dadaşov deyir ki, “Vəkil hekayətləri”nin çəkiliş mərhələsi noyabrın ortalarında yekunlaşacaq. Qeyd edək ki, filmin rejissoru Ülviyyə Könül, ssenari müəllifi isə Elza Şamaxinskayadır. Rejissoru Yavər Rzayev olan “İlahi məxluq” filmi isə artıq öz çəkilişlərini yekunlaşdırıb. Film montaj mərhələsindədir. H.Dadaşovun verdiyi məlumata əsasən, hazırda film üçün Moskvadan kompüter qrafikası gəlməlidir. İlin sonunadək filmin premyerası gözlənilir.
“Ölüm növbəsi” (rejissoru Fikrət Əliyev) filmi baxış üçün Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunub. Film hazırda səsləndirmə mərhələsindədir. Tragik həyati hadisələr üzərində qurulmuş “Ölüm növbəsi”nin ssenari müəllifi İlqar Fəhmi, quruluşçu operatoru Rafiq Quliyev, bəstəkarı Səyavuş Kərimidir.
“Bəşəriyyətin xilası” (rejissoru Elxan Cəfərov) filminin isə rejissor ssenarisi artıq yazılıb və 1 həftədən sonra hazırlıq dövrünə başlayacaq.
Yeganə C.