Noyabrın 24-də Bakıda VI “Start” Beynəlxalq Tələbə Filmləri Festivalı işə başlayacaq. Mədəniyyət və Turizm, Gənclər və İdman nazirlikləri, “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən festival noyabrın 26-dək davam edəcək. Filmlərin nümayişi Kinematoqrafçılar İttifaqının baxış zalında keçiriləcək. Festivalın informasiya dəstəyi “Space” kanalı və “Mədəniyyət” qəzetinə məxsusdur.