Belarusda İlya Repinin “Zdravnevo” muzey-malikanəsində tanınmış rəssamın “Lunnaya noç” və “Belarus” əsərlərinin surətinin təhvilverilmə mərasimi keçirilib. Tədbir İ. Repinin 165 illik yubileyi günü həyata keçirildi. Mərasimdə Azərbaycan, Belarus, Qırğızıstan, Rusiya və Ukraynanın Rəssamlar Akademiyasının nümayəndələri iştirak edirdi.
Qeyd edək ki, bu kampaniya çərçivəsində MDB-yə üzv ölkələrin gənc rəssamları üçün “master-klass”lar keçiriləcək. “Master-klass”larda 10 MDB ölkəsinin (Azərbaycan, Belarus, Qırğızıstan, Qazaxıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan, Ukrayna və Ermənistan) rəsm məktəbi və kollecindən 20 tələbə iştirak edəcək. Master-klassları isə Rusiyanın xalq artisti V. Nesterenko, Belarusun Rəsm Akademiyasının elmi işlər üzrə prorektoru M. Borozna, S. Stroqanov adına Dövlət Sənaye-İstehsal Universitetinin rektoru A. Stasyuk, Rusiya Rəssamlar İttifaqı və A.Rodionov adına Beynəlxalq Rəsm Fondunun üzvü, Belarusun xalq rəssamı, keramika ustası V. Kovalçuk aparacaq.