2009-cu il Bakının İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı hazırlanmış tədbirlər planına uyğun olaraq, sentyabrın 25-də paytaxtımızda İstanbulun “Əsgəri” muzeyində saxlanılan Şirvanşahlar dövrünə aid zirehli geyimlərin sərgisi açılacaq. Mədəniyyət və Turizm Nazirliyindən verilən xəbərə görə, “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət tarixi memarlıq qoruq-muzeyində təşkil ediləcək bu sərgi bir neçə gün davam edəcək.