Fevralın 22-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Böyük Britaniyanın “British Council” təşkilatının təşəbbüsü ilə incəsənət sərgisi reallaşacaq. Sərgidə təşkilatın kolleksiyasında toplanmış müasir Britaniya incəsənət əsərləri nümayiş olunacaq. “British Council”un zəngin və mükəmməl incəsənət kolleksiyasından olan əsərlər bir həftə ərzində akademiyada nümayiş etdiriləcək.
   Sərgidə bəzi zəngin ottisk əsərlərin ilk dəfə nümayişi ilə yanaşı, iştirakçılar Henri Murun 1984-cü ildə “British Council”un 50 illiyi münasibətilə təqdim etdiyi qrafika işinin gözəl nümunələrinə də rast gələcəklər. Sərgiyə gələn qonaqlar Böyük Britaniyanın Dəmian Hirst, Treysi Emin, Aniş Kapur, Mayk Nelson, Anya Qalasio kimi aparıcı rəssamlarının müasir əsərləri ilə yanaşı, Eduardo Paolozzi və Vilyam Törnbulun bu sahədə navator işləri ilə də yaxından tanış olacaqlar.
   Sərgi fevralın 28-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar