Mədəniyyət və Turizm Nazirliyi fevralın 21-dən 28-dək özfəaliyyət rəqs kollektivlərinin “Çal oyna - 2010” baxış-müsabiqəsini keçirir.
   Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, müsabiqə xalqımızın milli dəyərlərini qoruyub saxlamaq, regionlarda mədəniyyət müəssisələrinin fəaliyyətini canlandırmaq, qeyri-maddi mədəni irsin ayrılmaz hissəsi olan mili rəqs sənətinə marağı artırmaq, yeni rəqs kollektivlərinin yaradılmasını təmin etmək, onların ifaçılıq səviyyəsini gücləndirmək məqsədilə təşkil olunub.
   Abşeron, Masallı, Mingəçevir və Zaqatala rayonlarında keçirilən müsabiqədə yaşından asılı olmayaraq mədəniyyət müəssisələri nəzdində fəaliyyət göstərən rəqs kollektivləri, habelə solo ifaçılar iştirak edir. Müsabiqənin qalibləri nazirliyin əmri ilə yaradılmış münsiflər heyətinin qərarı ilə müəyyənləşəcək. Qaliblərə mükafat və diplomlar təqdim olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar