Mayın 7-də Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində rəssam Eldar Mikayılzadənin ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş “Dahilərə ithaf” mövzusunda fərdi sərgisi açıldı.
Sərginin açılış mərasimində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, SSRİ Xalq rəssamı Tahir Salahov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, heykəltəraş Ömər Eldarov və başqaları sənətkarın yaradıcılığından danışdılar.
Qeyd olundu ki, xalçaçı-rəssam öz yaradıcılığı ilə Azərbaycan xalçaçılığının timsalında tarix boyu rəmzlərlə və dekorativ stilizə ilə məşhur olan bu sənətə fəlsəfi düşüncə gətirib. Onun əsərləri müasir xalça sənətinin ən gözəl nümunələrindəndir.
Öz növbəsində Eldar Mikayılzadə sənətdə əldə etdiyi uğurların vaxtilə böyük öndər Heydər Əliyevin ona göstərdiyi diqqət və qayğının nəticəsi olduğunu vurğuladı. Məhz onun dəstəyi ilə Sankt-Peterburqa oxumağa göndərildiyini deyən rəssam ulu öndərin böyük qayğısını daim hiss etdiyini söylədi. O, yaradıcılığında H.Əliyevin obrazına dəfələrlə müraciət etdiyini bildirdi. Rəssamın sərgidə nümayiş olunan “İthaf” xalçası isə iki böyük sənətkara - Səttar Bəhlulzadəyə və Lətif Kərimova həsr edilib. “Azərbaycan nağılları”, “Şəbi-hicran”, “114 Bismillah” kimi xalçalarda, “Leyli və Məcnun”, “Şamlı” tablolarında E.Mikayılzadə yaradıcılığının dərin fəlsəfi mənasını görmək olar.
Eldar