Latviya Milli Opera və Balet Teatrının solisti, soydaşımız Ülvi Əzizov beynəlxalq miqyasda daha bir uğura imza atıb. O, Slovakiya milli balet sənətinin 90 illik yubiley mərasimində P.Çaykovskinin «Sonalar gölü» baletində şahzadə Ziqfridin partiyasını uğurla ifa edib. Onun tərəf-müqabilləri isə Slovakiyanın adlı-sanlı balet ustaları Klaudia Bittererova və Romina Kolodzey olub. Tamaşadan sonra Ülvi Əzizovun peşəkarlığını baletmeyster Fransis Malovik çox yüksək qiymətləndirərək deyib: «Ülvi Əzizov özünün dramatik istedadını və əla texniki imkanlarını çox gözəl nümayiş etdirən balet artisti kimi göstərdi».
Sentyabr ayında Ü.Əzizov yenidən Slovakiyaya qastrol səfərinə yollanacaq. Bu dəfə o, qala-konsertdə Macarıstanın balet priması ilə «Korsa» baletindən parçalar ifa edəcək.
Sentyabr ayında Ü.Əzizov yenidən Slovakiyaya qastrol səfərinə yollanacaq. Bu dəfə o, qala-konsertdə Macarıstanın balet priması ilə «Korsa» baletindən parçalar ifa edəcək.