Festival çərçivəsində Qala mis qablar və əntiq əşyalar muzeyinin təməlqoyma mərasimi də olub
   
   İyunun 3-də Heydər Əliyev Fondunun dəstəyilə xalqımızın zəngin tarixi keçmişini, qədim və mükəmməl məişət ənənələrini yaşatmaq, gənc nəslə tanıtmaq və təbliğ etmək məqsədi ilə “Qala” Dövlət Tarix Etnoqrafiya Qoruğunun ərazisində Qala festivalı keçirilib.
   
   Festivalın açılış mərasimində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva və qızı Leyla Əliyeva iştirak ediblər.
   Festivala qatılanlar Abşeronda ən qədim insan məskənlərindən biri hesab olunan Qalada tarixi keçmişə səyahət etmək imkanı qazanıblar.
   Tədbirə Bakının müxtəlif orta və internat məktəblərindən, uşaq evlərindən 2500 uşaq qatılıb.
   Uşaqlar Mehriban xanım Əliyevanı hərarətlə qarşılayıb. Azərbaycanın birinci xanımına gül dəstələri təqdim olunub.
   Mehriban xanım Əliyeva “Abşeron qalaları” layihəsi ilə tanış olub, “Qala” qəsrinə baxıb.
   Heydər Əliyev Fondunun prezidenti xüsusi qayğıya ehtiyacı olan uşaqların, məktəblilərin əl işləri ilə yaxından tanış olub, onlarla xatirə şəkli çəkdirib.
   Festival çərçivəsində Heydər Əliyev Fondu və “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Qala” Dövlət Tarix Etnoqrafiya Qoruğunda tullantıların idarə olunması layihəsinə start verilib.
   Mehriban xanım Əliyeva layihə ilə maraqlanıb.
   Məlumat verilib ki, layihə qoruq ərazisində tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi sisteminin müasir standartlara uyğun qurulmasını nəzərdə tutur.
   Qala festivalı daha bir əlamətdar hadisə ilə yadda qalıb.
   Burada yeni nəslin fiziki, intellektual, mənəvi sağlamlığına daim diqqət yetirən Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan və şəxsiyyətin inkişafına, Vətənə, xalqımızın milli irsinə yönələn iki masaüstü oyunun - “Gənc intellektual” və “Şirvanşahların yüksəlişi” oyunlarının təqdimatı olub.
   Festival çərçivəsində Qala mis qablar və əntiq əşyalar muzeyinin təməlqoyma mərasimi də olub.
   Heydər Əliyev Fondunun prezidenti mərasimdə iştirak edib.
   Sonra M.Əliyeva iki hektar ərazisi olan muzey kompleksində qayaüstü rəsmlər, qavaldaşı, keramika, məişət və bəzək əşyaları, silah, sikkələr, ibtidai yaşayış sahələri, müxtəlif emalatxanalarla tanış olub.
   Azərbaycanın birinci xanımı toxuculuq, dulusçuluq, dəmirçilik ənənələrini sərgiləyən sənətkarların əl işləri ilə tanış olub, iş prosesini izləyib.
   Xalq gəzintisinə çevrilmiş festivalda qədim etnik adət-ənənələri əks etdirən yarış və mərasimlər keçirilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar