İyunun 8-də Dövlət İncəsənət Muzeyində Xalq rəssamı Kamil Xanlarovun 95 illiyinə həsr olunmuş fərdi sərginin açılışı oldu. 
    Mədəniyyət və Turizm Nazirliyinin Rəssamlar İttifaqı ilə birgə təşkil etdiyi sərginin açılış mərasimində muzeyin direktoru Çingiz Fərzəliyev rəssam haqqında fikirlərini bölüşdü. Yubiley sərgisinin keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirən direktor tanınmış rəssamların formalaşmasında Kamil Xanlarovun rolundan danışdı.
   Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev rəssamın yaradıcılığından, onun insani keyfiyyətlərindən bəhs etdi, Kamil Xanlarov haqqında xatirələrindən söz açdı.
   Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Xalq rəssamı Ömər Eldarov çıxışlarında Kamil Xanlarovu sənətini sevən bir insan, incəsənətdə öz dəst-xətti ilə seçilən sənətkar kimi dəyərləndirdilər. Qeyd olundu ki, Kamil Xanlarovun yaradıcılığı, insani keyfiyyətləri hər bir rəssama örnək ola bilər.
   Rəssamın qızı Kamilə Xanlarova sərgi təşkilatçılarına minnətdarlığını bildirdi.
   Sonra sərgiyə baxış keçirildi. Sərgidə rəssamın rəngkarlıq və qrafika janrlarında çəkilmiş 40-dan artıq əsəri nümayiş etdirilir. Sərginin nümayişi iyunun 12-dək davam edəcək.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar