İyunun 22-də “Kapelhaus”da gənc rəssamların fərqli ideyası əsasında “Qızmar günəş altında" adlı sərgisi açıldı. Sərgidə eyniadlı Azərbaycan filmindən fırça ilə kətana köçürülmüş müxtəlif kadrlar nümayiş olundu.
   
   Rəssamlar Törəxanım Ağabəyova, Babək Ağayev, Orxan Hüseynov, Fərid Rəsulov, Emin Sultanov, Nailə Zülfüqarova, Rəşad Ələkbərovun birgə təşkilatçılığı ilə keçirilən sərgi tamaşaçılar tərəfindən də çox böyük maraqla qarşılandı.
   Onu da qeyd edək ki, “Qızmar günəş altında" sərgisi rəssamların öz imkanları hesabına baş tutub. Sərgidə iştirak edən rəssamlardan Fərid Rəsulov fikirlərini bizimlə bölüşdü: “Doğrusu, sərgiyə bu qədər insan gələcəyini düşünmürdük. Bu bizim üçün böyük uğurdur. Məhz bu filmi seçməyimizə səbəb filmdə saf, təmiz ürəkli obrazların olması idi. Gələcəkdə də ideyanın davamı olaraq sərgilərin təşkilini düşünürük”.
   Qeyd edək ki, sərgi iyunun 25-dək davam edəcək.
   
   Yeganə