“Azərsun Holdinq” və “Park Bulvar” şirkətləri birlikdə rəssamların müsabiqəsini keçirəcək. Müsabiqədə 12-32 yaş arasında gənclər iştirak edə bilərlər. Park Bulvar yeraltı dayanacağında sərgilənəcək “Kosmos və mən” mövzusunda olan rəsm əsərlərinin qalibləri mükafatlandırılacaq və qalib rəsmlər Park Bulvar alış-veriş mərkəzinin dayanacaq sahəsinin divarlarında həkk olunacaq. Müsabiqədə iştirak etmək istəyənlərin qeydiyyat mərasimi iyulun 14-də keçiriləcək.