Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə ölkənin müxtəlif bölgələrində həvəskar rəssam və xalq tətbiqi sənət ustalarının əsərlərindən ibarət sərgilər keçirilməsi davam etdirilir. Daha bir sərgi iyulun 14-də Şabran rayonunda təşkil olunub. Mərkəzin İncəsənət bilikləri şöbəsinin müdiri Rafiq Quliyevin verdiyi məlumata görə, Şabran rayonunda keçirilən sərgidə Xızı, Siyəzən, Quba, Qusar, Xaçmaz və Şabran rayonlarından 70 müəllifin 300-ə qədər əsəri nümayiş etdirilib.
Mərkəzin təşkilatçılığı ilə belə sərgilər iyulun ilk ongünlüyündə Cəlilabad və Balakəndə təşkil olunub. Növbəti təbirlər Bakı, Sumqayıt və Gəncə şəhərlərində keçiriləcək. Seçilən ən yaxşı əsərlər respublika mərhələsində nümayiş etdiriləcək.
Ceyhun