Avqustun 18-dən 23-dək Xəzərin şərq sahillərində - Türkmənistanın “Avaza” milli turizm zonasında “Avaza-2010” Beynəlxalq estrada musiqisi, mahnı və rəqs festivalı keçiriləcək.
Türkmənistanın Bakıdakı səfirliyindən bildiriblər ki, dünyanın və regionun, o cümlədən Azərbaycanın yaradıcı kollektivləri festivalda iştirak etmək üçün dəvət olunub.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə keçiriləcək bu mahnı və rəqs bayramı yeni istedadların üzə çıxarılması, eyni zamanda, dünya xalqları musiqisinin ifaçıları arasında dostluq və yaradıcılıq əlaqələrinin yaradılması məqsədinin reallaşmasına xidmət edəcək.