Almaniyanın paytaxtı Berlində Azərbaycan rəssamlarının sərgisi təşkil olunacaq. Bu barədə Rəssamlar İttifaqı sədrinin müşaviri, Əməkdar rəssam Ənvər Qarayev məlumat verib. Onun sözlərinə görə, 15 azərbaycanlı rəssamın dekorativ-təsviri sənət janrında 40-dək əsəri almaniyalı sənətsevərlərə təqdim ediləcək. Sərgi oktyabr ayında keçiriləcək. Azərbaycanın gənc rəssamlarının əsərləri isə Şimali Kiprdə sərgilənəcək.
Ənvər Qarayevin sözlərinə görə, sərgi sentyabrın 2-dən 7-dək keçiriləcək. Sərgidə 20 gənc rəssamın müxtəlif janrlarda 60-a yaxın əsəri nümayiş etdiriləcək.