Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin Səhiyyə Kommunikasiyası Assosiasiyası və Fransanın Azərbaycandakı səfirliyi ilə birgə təşkil etdiyi karikatura müsabiqəsinə yekun vurulub. «Tütünçəkmənin zərərləri» adlı karikatura müsabiqəsində 60-a yaxın rəssam iştirak edib. Münsiflər heyətinin qərarına əsasən, müsabiqədə I yerə tanınmış karikatura ustası Vəfa Allahyarova, II və III yerlərə, müsabiqənin xüsusi mükafatına əsasən gənc rəssamlar layiq görülüblər. Müsabiqəyə eyni zamanda Türkiyədən, İrandan, Rusiyadan, Niderlanddan da rəssamlar qatılıblar. Türkiyəli rəssam İsmayıl Kar müsabiqənin həvəsləndirici mükafatını qazanıb.
Gülər