Sentyabrın 24-də Belçikanın Van Bers şəhərində türkiyəli rəssam Timur Taştəkinin sərgisi açılacaq. Sərgi şəhər bələdiyyəsinin sənət qalereyasında təşkil olunacaq.
T.Taştəkin bildirib ki, bu, onun Belçikada keçiriləcək üçüncü sərgisidir: “Sənətsevərlərin ilk sərgimə yaxından maraq göstərməsindən sonra Van Bers bələdiyyəsi hər il yeni sərgimi açmağı qərarlaşdırıb. Bu sərgidə yağlı boya tablolarımı nümayiş etdirəcəyəm. Əsərlərimdə doğma vətənim olan Azərbaycan və Qafqaz motivləri üstünlük təşkil edir. Sərgidə Azərbaycan və Qars xalıları mövzusunu işləmişəm. Tablolarımda türk mədəniyyətinin motivlərini ön plana çıxarıram. Sevə-sevə Azərbaycana gedib orada da çalışacağam və sərgilər açacağam”.
Qeyd edək ki, Ərdahan vilayətinin Çıldır mahalında anadan olan rəssam Timur Taştəkin indiyə qədər Türkiyənin müxtəlif şəhərlərində 30-da çox fərdi sərgi açıb. Onun tabloları İstanbulun hərrac salonlarında ən çox tələb görən əsərlər arasında yer tutur.