Oktyabrın 14-də Vəcihə Səmədova adına sərgi salonunda Azərbaycan rəssamlarının ölkəmizin dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş əsərlərindən ibarət sərgi açılacaq. “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” ölkə prezidentinin 21 yanvar 2011-ci il tarixli sərəncamına əsasən keçirilən sərgi Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqı tərəfindən təşkil olunub. Sərgidə Azərbaycan rəssamlarının müstəqilliyimizin bərpasının iyirminci ildönümünə həsr olunmuş rəngkarlıq, qrafika və dəzgah heykəltəraşlığı əsərləri nümayiş etdiriləcək.