İtaliyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyası Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Florensiyanın “Auditorium al Duomo” sərgi və tamaşa zalında TÜRKSOY-un rəsm sərgisini təşkil edib. Florensiya bələdiyyəsinin mədəniyyət şöbəsi, “Auditorium al Duomo” Fondunun dəstəyi ilə təşkil olunan sərginin açılış mərasimində İtaliyanın “Orizo” rəqs qrupu Azərbaycan, qazax, türk və digər türkdilli xalqların rəqs nömrələri ilə çıxış edib, Türkiyədən gəlmiş musiqiçilərin ifasında türkdilli xalqların musiqisi və mahnıları ifa olunub. Böyük turist axını olan Florensiyanın “Auditorium al Duomo” sərgi və tamaşa zalında keçirilən sərgi çoxlu sayda insanın diqqətini cəlb edib. Sərgiyə gələnlər Azərbaycan rəssamlarının rəsm əsərlərini yüksək qiymətləndiriblər. Sərgi oktyabrın 30-dək davam edəcək
   Mehparə