Oktyabrın 28-də Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Rəssamlar İttifaqının birgə təşəbbüsü ilə görkəmli fırça ustası, Xalq rəssamı, qrafika, rəngkarlıq, monumental bədii tərtibat sahəsində də tanınmış sənətkar Altay Hacıyevin yaradıcılığına həsr olunmuş sərgi açılacaq.
   Milli İncəsənət Muzeyində keçiriləcək sərgidə bu muzeyin, eləcə də Azərbaycan Dövlət Rəsm Qalereyasının, İstiqlal Muzeyinin fondlarından, şəxsi kolleksiyalardan toplanan əsərlər nümayiş olunacaq.
   Yaradıcılıq sərgisində Altay Hacıyevin fırçasının məhsulu olan, Azərbaycan tarixində iz qoymuş xalqımızın görkəmli qadın şəxsiyyətlərindən Sara Xatunun, Ağabəyim Ağanın, Qönçəbəyimin, rəssamın əsas qəhrəmanı Xurşidbanu Natəvanın və digərlərinin boyakarlıq portretləri, neft mövzusuna dair tabloları, həmçinin kitab və dəzgah qrafikasında işlədiyi əsərlər təqdim ediləcək.
   Sərgi noyabrın 1-dək davam edəcək.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar