Belçikanın paytaxtı Brüsseldə türkdilli respublikaların dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə türk dünyası rəssamlarının əsərlərindən ibarət sərgi təşkil olunub. 
   TÜRKSOY-un Ankaradakı baş ofisindən bildiriblər ki, sərgidə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Rusiya Federasiyasının türkdilli muxtar respublikalarının rəssamlarının əsərləri nümayiş olunub.
   Açılış mərasimində Türkiyənin Avropa Birliyi məsələləri üzrə naziri Egemen Bağış və TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycan və digər türkdilli ölkələrin səfirliklərinin nümayəndələri iştirak ediblər.
   Çıxışına türk dünyasının böyük şairi Yunis Əmrənin “Gəlin kimsəyə qalmayacaq bu fani dünyada tanış olaq, işimizi möhkəm tutaq, sevək və sevilək” sözləri ilə başlayan E.Bağış türkdilli ölkələri dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə təbrik edib. O, sərginin Avropa Birliyinin mərkəzi olan Brüsseldə keçirilməsini də əlamətdar hadisə kimi dəyərləndirib.
   Mərasimdə Ankara Dövlət Opera və Balet Teatrının azərbaycanlı solisti Nailə Əhmədovanın da iştirak etdiyi konsert proqramı təqdim olunub.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar